Pleyeri seçin:

Həccə getmək istəyənlərə xəbərdarlıq | QMİ-dən vacib məlumat

13 aprel 2025 666 baxış

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlara çağırış edib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.

O qeyd edib ki, ötən il olduğu kimi, bu il də bəzi işbaz şirkətlər vətəndaşları aldadaraq turizm vizası ilə onları Həccə aparmağa cəhd edirlər:

"Bizdə olan məlumatlara görə, 100-ə yaxın, bəlkə də daha artıq vətəndaşımız belə işbazların təşviqedici vədlərinə aldanaraq onlara çoxlu pul vəsaitləri ödəyiblər. Vətəndaşlara bir daha qəti şəkildə bildirmək istəyirik ki, Həcc vizası tamam fərqli vizadır, onu yalnız Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə əldə etmək olar. Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyi tərəfindən qanuni səlahiyyət yalnız bu quruma verilib".

Onun sözlərinə görə, turizm vizası ilə Həcc mövsümündə Məkkəyə daxil olmaq Krallığın qanunlarına ziddir, həmin turizm vizasının üzərində də bu qeyd edilib.

"Bu qanunu pozanları Krallığın hüquq-mühafizə orqanları tərəfindən yüksək cərimələr və həbslər, deportasiyalar və "qara siyahı"ya düşmələr kimi ağır cəzalar gözləyir. Bu qanunu pozana cərimə ikiqat artırılaraq 10 min Səudiyyə riyalı (təxminən 2 700 ABŞ dolları) təyin edilib", – QMİ-nin şöbə müdiri vurğulayıb.

Banner
"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 666 baxış
Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV

Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 666 baxış
“Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV

“Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 666 baxış
Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV

Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV

Cəmiyyət
07 noyabr 2026 666 baxış
"Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV

"Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 666 baxış
8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI

8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 666 baxış
"Dedi, qapını açın, şəhid gəlir..." | Bayrağımızı zirvəyə qaldıran şəhid Müseyib Zeynalov - Baku TV

"Dedi, qapını açın, şəhid gəlir..." | Bayrağımızı zirvəyə qaldıran şəhid Müseyib Zeynalov - Baku TV

Cəmiyyət
07 noyabr 2026 666 baxış
44 günün sonunda yenidən yazılan tarix | Zəfərin adı - Şuşa! - Baku TV

44 günün sonunda yenidən yazılan tarix | Zəfərin adı - Şuşa! - Baku TV

Cəmiyyət
07 noyabr 2026 666 baxış
Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Fəqərəarası disk yırtığında əməliyyat vacibdir?

Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Fəqərəarası disk yırtığında əməliyyat vacibdir?

Cəmiyyət
07 noyabr 2026 666 baxış
Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi - Baku TV

Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 666 baxış
Seçilmişlər
icon