Həftənin ilk günündə hava belə olacaq - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 9-da gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq.
Hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidməti avtomobil yollarındakı gözlənilən vəziyyəti də açıqlayıb. Bildirilib ki, fevralın 9-da dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 200-800 metrədək məhdudlaşacağı gözlənilir.
#Hava proqnozu teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI
- Əhalinin nəzərinə | Hansı əraziləri leysan və dolu gözləyir? - Baku TV CANLI
- Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
