“Hər an çaya aşa bilərik” | Sakinlərin kabusuna çevrilən problem niyə həll edilmir?
Yeniliklərdən dərhal xəbərdar olun
Neftçalada Kür çayı üzərindəki körpü qəzalı vəziyyətdədir. Uzunluğu 300, eni 8 metr olan yol ötürücüsü 1991-ci ildə istifadəyə verilib.
Hər an təhlükə ilə üz-üzə qalan sakinlər aidiyyəti qurumdan kömək istəyirlər.
“Körpü neçə ildir ki, qəzalı vəziyyətdədir. Buradan keçən maşınlar dərələrə düşür. Belə şey olmaz, problem həll olunmalıdır”, – sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə belə deyib: “Gecə burada hərəkət etmək çox təhlükəlidir. Körpünün ortası uçub, buradan keçəndə maşının salamat yeri qalmır”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazidə körpünün inşası ilə bağlı qurum tərəfindən təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub:
“Həmin təkliflər əsasında maliyyə vəsaiti ayrılan kimi ərazidə tərəfimizdən yeni körpünün inşasına başlanılacaq”.
#Neftçala teqi istifadə olunub
- Neftçalada DOST filialı fəaliyyətə başlayıb - Baku TV
- Xəzər dənizinə nərə cinsli balıq körpələri buraxılıb - Baku TV
- Yeniyetmə qardaşlar yol qəzasında həyatını itirdi - 24 SAAT
- Neftçalada bayram sevinci kədərə çevrilən ailə faciəsi - Baku TV
- “Ərim yoxdur, özüm doğrayıram, o da...” | Bu sakinlər görün necə acınacaqlı halda yaşayır - Baku TV
