Pleyeri seçin:

Hər il ölkəyə mənim adıma görə... | Məşhur həkim Dilqəm Məhərrəmovu qəzəbləndirən səbəb

18 aprel 2025 713 baxış

Aprelin 17-də Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayıb.

Mütəxəssislər hansı əsasla siyahıya salınıb və siyahıdan kənarda qalıblar? Siyahıda adı olmayan həkimlərin fəaliyyəti qadağandırsa, imtina cavabı verilməyən həkimlər adlarının siyahıya salınması üçün nə etməlidirlər? Bu suallar hələ açıq qalıb.

Adı siyahıda olmayan tanınmış plastik cərrah Dilqəm Məhərrəmov “Oxu.Az”a açıqlamasında deyib ki, qərar həm onun, həm də plastik cərrahiyyə dərnəyinin digər üzvləri üçün gözlənilməz olub:

“Mən gözümü açandan plastik cərrahiyyə ilə məşğulam. Dünya Plastik Cərrahiyyə Cəmiyyətinin tanıdığı cərraham. Siyahıda adımın olmaması məni təəccübləndirdi. Daha sonra maraqlandıq, dedilər ki, bu, ilkin siyahıdır və araşdırmalar davam edir. Yəni siyahı yenilənəcək”.

Həkim deyib ki, siyahıda təzadlı məqamlar var:

“Siyahı açıqlandıqdan sonra Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik cərrahiyyə şöbəsində çalışan dostum zəng etmişdi. Deyir ki, onun öyrətdiyi dörd rezidentin adı siyahıdadır, amma onun adı yoxdur. Halbuki beş ildən bir Həkimləri Təkmilləşdirmə İnstitutunda sertifikasiyadan keçirik. Bu necə başa düşülməlidir?”.

Dilqəm Məhərrəmov hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Mustafa Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində baş elmi işçi və plastik cərrah kimi fəaliyyət göstərdiyini, beynəlxalq konfranslar təşkil etdiyini bildirib:

“Avropadan, ABŞ-dən hər il ölkəyə mənim adıma görə yüzlərlə insan gəlir. Belə bir halda mənim işimə sadəcə siyahı ilə qiymət verilməsi nə dərəcədə doğrudur, bilmirəm”.

Həkim qeyd edib ki, sənədlərində uyğunsuzluq və ya fəaliyyətinə icazənin verilməməsi ilə bağlı ona hər hansı rəsmi bildiriş göndərilməyib:

“Biz heç gözləmirdik ki, bu məsələdə bizimlə bağlı problem yaransın”.

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 713 baxış
Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 713 baxış
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 713 baxış
176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 713 baxış
“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

Cəmiyyət
21 sentyabr 2026 713 baxış
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 713 baxış
Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 713 baxış
“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 713 baxış
“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 713 baxış
“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 713 baxış
Seçilmişlər
icon