Hərbi vəzifəlilərin təlim toplanışı başa çatdı | Müdafiə Nazirliyi
Yeniliklərdən dərhal xəbərdar olun
“N” hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.
Müdafiə Nazirliyinin məlumatına görə, toplanışın əsas məqsədi hərbi vəzifəlilərin döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, Ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etməkdir.
Toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, onlardan düzgün istifadə qaydaları öyrədilib, həmçinin sıra, taktiki, hərbi tibbi və ixtisas hazırlıqlarından nəzəri və praktiki məşğələlər təşkil olunub.
Təlim toplanışında qarşıya qoyulan fəaliyyətlər uğurla yerinə yetirilib. Sonda təlim toplanışında fərqlənənlərə fəxri fərmanlar təqdim olunub, hərbi vəzifəlilər onlara ayrılan xüsusi nəqliyyat vasitələri ilə yaşayış yerlərinə yola salınıblar.
#Hərbi vəzifəlilər teqi istifadə olunub
- Hərbi vəzifəlilərin etdikləri ifşa edildi | Görün nələr ortaya çıxdı
- Dövlət xidməti vətəndaşlara müraciət etdi | Detallar açıqlandı
- Silahlar işə salındı | Hərbi vəzifəlilərə tapşırıq verildi
- Atıcı silahlar işə salındı | Hərbi vəzifəlilər ehtiyatdan çağırıldı
- Hərbi vəzifəlilər döyüşə hazırlaşır | Nazirlik vacib məlumat yaydı
