Hərbi vəzifəlilərin təlim toplanışı davam edir | MN məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Nazirliyinin 2024-cü il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir.
Toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər zəruri vasitələrlə təmin olunurlar.
Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir.
Təlim toplanışı çərçivəsində plana uyğun olaraq, hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.
#Hərbi vəzifəlilər teqi istifadə olunub
- Hərbi vəzifəlilərin etdikləri ifşa edildi | Görün nələr ortaya çıxdı
- Dövlət xidməti vətəndaşlara müraciət etdi | Detallar açıqlandı
- Silahlar işə salındı | Hərbi vəzifəlilərə tapşırıq verildi
- Atıcı silahlar işə salındı | Hərbi vəzifəlilər ehtiyatdan çağırıldı
- Hərbi vəzifəlilər döyüşə hazırlaşır | Nazirlik vacib məlumat yaydı
