Pleyeri seçin:

Həyat yoldaşım qoymadı Fərhadı Şəhidlər xiyabanında dəfn edək

14 sentyabr 2024 196 baxış

Baku TV Vətən müharibəsi şəhidi Fərhad Babayev haqqında reportaj hazırlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Fərhad Məhərrəm oğlu Babayev 24 oktyabr 2020-ci il tarixində Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.

O, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin anası Səmayə Babayeva bildirib ki, general-mayor Polad Həşimovun şəhid olması oğluna çox təsir edib: “Fərhad Polad Həşimovun dəfnində iştirak etmişdi. Evə gələndə dedi ki, ana, şəhidlik çox yüksək zirvə imiş. O vaxt oğlumda çox dəyişiklik gördüm. O qədər təsirlənmişdi ki, dəfndən sonra könüllü hərbi xidmətə yazıldı”.

Səmayə Babayeva Fərhadın şəhid olduğu gündən bəhs edib: “23 oktyabr zəng edəndə dedi ki, ana, mənə halallıq ver. Dedim ki, sənə qurban olum, hər şey sənə halaldır. Səhəri gün namaz qılanda sözləri qarışdırırdım, özümü toparlaya bilmirdim. Nəvəm gəlib dedi ki, nənə, nəsə şəhid söhbəti edirlər. Elə bildim ki, məni ildırım vurdu. Həmin vaxt özümü balkondan atmaq istədim. Aşağıda bir qadın dedi ki, yaralıdır, vertolyotla hospitala aparırlar. Özümü itirmişdim, bilmirdim ki, nə edim”.

Şəhid anası oğlunun Siyəzən rayonunda dəfn olunmasını Fərhadın atasının istədiyini qeyd edib: “Yoldaşıma yalvardım ki, Fərhad Şəhidlər xiyabanında dəfn edilsin, çünki tez-tez məzarını ziyarət etməliyəm. Dedi ki, Siyəzəndə atamın məzarının yanında dəfn edəcəyəm və biz də hər həftə oraya gedəcəyik. Dörd ildir ki, hər həftənin 6-cı günü, ya da istirahət günləri onun yanındayıq”.

S.Babayeva oğlu ilə daim qürur duyduğunu deyib: “İşdə, küçədə, hər yerdə ona hörmət edirdilər. Öz yolunu tapdığı üçün oğlumla qürur duyurdum. Fərhad şəhid olandan sonra bütün çətin anlarımda mənə dayaq olduğunu hiss edirəm”.

Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 196 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 196 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 196 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 196 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 196 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 196 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 196 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 196 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 196 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 196 baxış
Seçilmişlər
icon