Hipermarketə silahlı hücum edənin atası məhkəmədə danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Ağır Cinayətlər Məhkəməsində “Bravo” hipermarketinə silahlı insidentdə təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov, Rövşən İsmayılov və Ruhlan İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Sonuncu məhkəmə iclasında hadisəni törətməkdə təqsirləndirilən şəxslərdən biri, polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasının ifadəsi dinlənilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs qismində cəlb olunan Rövşən İsmayılov özünü təqsirli bilməyərək, oğlunun kirayə qaldığı mənzildə axtarış zamanı müsadirə edilən odlu silahın qohumu Babək İskəndərova məxsus olduğunu bildirib.
Təqsirləndirilən şəxslərdən biri, barəsində qətimkan tədbiri seçilən Babək İsgəndərov müharibə veteranıdır. Füzuli və Xocavəndin azad olunması uğrundakı döyüşlərdə iştirak edib və medallarla təltif olunub. O, eyni zamanda ANAMA-nın əməkdaşı olub.
Qeyd edək ki, hadisə ötən ilin martında paytaxtın Xətai rayonunda yerləşən hipermarketdə bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb. Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə həlak olub.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV
- Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV
- Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV
- Dövlətə xəyanət və hakimiyyəti ələ keçirmə | Məhkəmə hansı qərarı verdi? - Baku TV CANLI
- "Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV
