Pleyeri seçin:
İcra başçısı Lazada görülən işlərdən danışdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qusar rayonunun Laza kəndində baş vermiş palçıq selinin yaratdığı təhlükə davam etdiyi halda, rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov görülən işlər barədə açıqlama verib. Kənd sakinləri sel axını səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldıqlarını və xüsusilə gecə saatlarında vəziyyətin ağırlaşdığını bildiriblər. İcra başçısı Məmmədxanov, vəziyyətin stabilləşdirilməsi üçün təxirəsalınmaz tədbirlərin görüldüyünü qeyd edib. Bildirilib ki, artıq böyük yük maşınlarının hərəkəti üçün yol bərpa edilib və piyada yolu da qaydaya salınıb. Bu tədbirlər kənddə həyatın normallaşması və sakinlərin təhlükəsizliyinin təmin olunmasına yönəlib.
Kopyalandı
#Qusar teqi istifadə olunub
- Qusarda insanlar panikada | Çaqqallar kənd sakinlərinə hücum etdi - Baku TV CANLI
- "Anidən üstümə cumdu..." | Xəsarətalan 3 nəfər xəstəxanaya yerləşdirilib - Baku TV
- Qusarda ev yandı | 83 yaşlı qadın dünyasını dəyişdi - Baku TV
- Dəhşətli cinayət | Qətlə yetirilən şəxsin meyiti başqa rayondan tapıldı - Baku TV
- Qusarda tapılan qadın meyiti ilə bağlı hansı təfərrüatlar üzə çıxıb? - ANA XƏBƏR
