Pleyeri seçin:

İldırım, sel və daşqından qorunmaq üçün bunları edin | Əhalinin diqqətinə

03 noyabr 2024 506 baxış

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi və leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı gözlənilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Eyni zamanda güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Həmçinin intensiv yağıntılarla əlaqədar mümkün daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmalı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasetmə qurumlarının çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir.

İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir!”.

ADY-dən vacib yenilik: Biletləri daha erkən almaq mümkün olacaq - Baku TV

ADY-dən vacib yenilik: Biletləri daha erkən almaq mümkün olacaq - Baku TV

Cəmiyyət
07 avqust 2026 506 baxış
Sürücülərin nəzərinə | Paytaxtda daha üç küçədə təmir başlandı - Baku TV

Sürücülərin nəzərinə | Paytaxtda daha üç küçədə təmir başlandı - Baku TV

Cəmiyyət
06 avqust 2026 506 baxış
Bakı–Tbilisi qatarı ilə səyahət edənlərin nəzərinə | Sərnişinlər üçün böyük güzəşt - Baku TV CANLI

Bakı–Tbilisi qatarı ilə səyahət edənlərin nəzərinə | Sərnişinlər üçün böyük güzəşt - Baku TV CANLI

Cəmiyyət
06 avqust 2026 506 baxış
"Səhnəyə döyüşçü kimi çıxıram" | Xalq artisti Fidan Hacıyevanın taleyini dəyişdirən obraz hansı idi?

"Səhnəyə döyüşçü kimi çıxıram" | Xalq artisti Fidan Hacıyevanın taleyini dəyişdirən obraz hansı idi?

Cəmiyyət
06 avqust 2026 506 baxış
Çökmüş yol, dərin çuxurlar | Biləcəridə qəza riski yaradan yol - Baku TV

Çökmüş yol, dərin çuxurlar | Biləcəridə qəza riski yaradan yol - Baku TV

Cəmiyyət
06 avqust 2026 506 baxış
Belə işlətmək olmaz | Poverbankla bağlı xəbərdarlıq | Hansı hallarda təhlükəlidir? - Baku TV

Belə işlətmək olmaz | Poverbankla bağlı xəbərdarlıq | Hansı hallarda təhlükəlidir? - Baku TV

Cəmiyyət
06 avqust 2026 506 baxış
"Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - Baku TV CANLI

"Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - Baku TV CANLI

Cəmiyyət
06 avqust 2026 506 baxış
Dövlət Komitəsi vahid aylıq müavinət ödənişi ilə bağlı məsələyə aydınlıq gətirdi - Baku TV CANLI

Dövlət Komitəsi vahid aylıq müavinət ödənişi ilə bağlı məsələyə aydınlıq gətirdi - Baku TV CANLI

Cəmiyyət
06 avqust 2026 506 baxış
"Elə şərtlər qoyulub ki..." | Qəza zamanı avtomobillər niyə kənara çəkilmir? - Baku TV

"Elə şərtlər qoyulub ki..." | Qəza zamanı avtomobillər niyə kənara çəkilmir? - Baku TV

Cəmiyyət
06 avqust 2026 506 baxış
Küləkli hava ilə bağlı xəbərdarlıq | Bunlara diqqət edin

Küləkli hava ilə bağlı xəbərdarlıq | Bunlara diqqət edin

Cəmiyyət
06 avqust 2026 506 baxış
Seçilmişlər
icon