İmtahana bıçaq və təsbeh gətirdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 2-də keçirilən qəbul və buraxılış imtahanlarında bir sıra neqativ hallar aşkarlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Belə ki, imtahana gələn bəzi abituriyentlərdə kəsici-deşici alətlər olduğu müəyyən edilib. Yoxlama prosesi zamanı bir sıra şəxslərin üzərindən müxtəlif elektron cihazlar və digər köməkçi vasitələr götürülüb.
Həmçinin 8 nəfərdə mobil telefon tapıldığı üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub. Həmin abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə də buraxılmayacaq. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda bunlarla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tələb edilən sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər də olub.
#Dövlət İmtahan Mərkəzi teqi istifadə olunub
- DİM məlumat yaydı | Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi - YENİ BİR SƏHƏR
- Əzbər bilik, yoxsa real bacarıq?
- PISA tipli tapşpırıqlar imtahanlarda nə zamandan tətbiq edilə bilər? - Baku TV
- İxtisas seçimi yekunlaşdı: Vakant qalan yerlərin faizi açıqlandı - Baku TV
- Doktoranturaya qəbulda kütləvi kəsilmə | Namizədlər DİM-in qərarına etiraz edir - 24 SAAT
