İmtahanlarla bağlı yeniliklər | Məleykə Abbaszadə açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət İmtahan Mərkəzinin yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Bakıda yeni imtahan korpusu ilə tanışlıq zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu günə qədər mərkəzin keçirdiyi 45 növ imtahanın 21-i elektron formada olub:
“Elektron imtahanlarda isə keçən il 7000 nəfər iştirak edib. Bundan sonra həmin nisbətlər yavaş-yavaş dəyişəcək. Dövlət qulluğuna qəbul üçün keçirilən imtahanların hamısı bundan sonra elektronlaşdırılacaq”.
DİM sədri bildirib ki, işə qəbul imtahanları da elektronlaşdırılacaq: “Bu il üçün ilkin mərhələdə kontingenti 2000 nəfərdən az olan bütün imtahanlar yeni korpusda keçiriləcək”.
Məleykə Abbaszadə bildirib ki, təkcə regional bölmələrə yox, tədris mərkəzləri və müxtəlif universitetlərlə əlaqələr yaradılacaq:
“Çalışacağıq ki, daha kütləvi imtahanları elektron formada keçirək. Yüksəliş müsabiqəsinin onlayn sessiyası mayın 13-dən etibarən burada 5 gün ərzində baş tutacaq”.
#Dövlət İmtahan Mərkəzi teqi istifadə olunub
- DİM məlumat yaydı | Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi - YENİ BİR SƏHƏR
- Əzbər bilik, yoxsa real bacarıq?
- PISA tipli tapşpırıqlar imtahanlarda nə zamandan tətbiq edilə bilər? - Baku TV
- İxtisas seçimi yekunlaşdı: Vakant qalan yerlərin faizi açıqlandı - Baku TV
- Doktoranturaya qəbulda kütləvi kəsilmə | Namizədlər DİM-in qərarına etiraz edir - 24 SAAT
