“Instagram” istifadəçilərinin pullarını ələ keçirən şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
“Instagram” sosial şəbəkəsində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan və pullarını ələ keçirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı axtarışda olan Firuddin Həsənov tutulub.
Onun “Instagram”da açıq səhifələrə daxil olaraq həmin şəxsin dostluğunda olanlarla əlaqə yaratdığı, daha sonra özünü profilin sahibi kimi qələmə verib müxtəlif məbləğlərdə borc pul istədiyi müəyyən edilib.
Firuddin Həsənov zərərçəkənlərdən pul vəsaitlərinin karta köçürülməsini istəyib. Həmin vəsaitləri əldə edəndən sonra isə Firuddin Həsənov zərərçəkənlərin əlaqə yaratmaması üçün onların mobil telefon nömrələrini və sosial şəbəkə hesablarını bloklayıb. Saxlanılan şəxs dələduzluq edən zaman zərərçəkənlərlə əsasən 055-460-50-04 və 070-827-50-50 mobil nömrələri ilə əlaqə saxlayıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. Firuddin Həsənovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
#İnstagram teqi istifadə olunub
- Şəkil çəkdirməyi sevənlər üçün yeni platforma istifadəyə verilib
- "Instagram"ın ən böyük xəbər səhifələrindən olan BAKU.WS rekorda imza atdı - Baku TV
- BAKU.WS-in "Instagram" səhifəsi son 30 gün ərzində yeni rekorda imza atıb
- Bu videolar televizorlarda izlənilə biləcək
- Artıq hamı bunu işlədir! | Dünyada ən çox yüklənilən tətbiq hansıdır?
