İsrafil Ağanın baxımsız qalan imarəti - BAKU TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bir vaxtlar gördüyü işlərlə bütün Qazax qəzası, Borçalı, Göyçə mahalları, Gəncə və İrəvan quberniyalarında böyük nüfuz qazanan İsrafil Ağaya məxsus imarət baxımsız vəziyyətdədir.
Kəndin ən hündür yerində ucalan, dörd istiqamətdə aynası, iki istiqamətdə çıxışı olan, dövrünün möhtəşəm sarayının hazırda uçuq-sökük divarları qalıb.
Binanın inşası XIX əsrin sonunda başa çatıb. Dövrünə görə əlçatmaz sayılan kirəc və əhəng südünün qarışığından inşa olunub. Sovet hakimiyyəti qurulduqdan sonra tikilidən tibb məntəqəsi, kitabxana, klub kimi istifadə edilib. Ötən əsrin 60-cı illərində kənddə Su Elektrik Stansiyasının tikilməsi səbəbi ilə əhali köçürülüb.
Qıraq Kəsəmən kəndində böyük xeyriyyəçilik və abadlıq işləri görən, məscid və məktəblər tikdirən İsrafil Ağanın evinin bu gün bərpaya ehtiyacı var. Məsələ ilə bağlı Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, sözügedən evin bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlər görülməsi nəzərdə tutulub.
