Pleyeri seçin:

İsti havada dərhal soyuq suya girməyin nəticələri | Həkimdən açıqlama - Baku TV

02 avqust 2026 347 baxış

“Günəş altında qaldıqdan dərhal sonra qəfil soyuq suya girmək əzələlərdə spazmalara səbəb ola bilər”.

Bunu rusiyalı həkim-nevroloq Anastasiya Korolyova deyib.

Həkimin sözlərinə görə, suda üzərkən yaranan qıcolmalar əsasən əzələ yorğunluğu ilə əlaqədardır, mikroelement çatışmazlığı isə burada ikinci dərəcəli amildir. Soyuq su qan damarlarını daraldaraq qan dövranını zəiflədir ki, bu da əzələlərin daha tez yorulmasına gətirib çıxarır.

“Spazma baş verdikdə təşvişə düşmək olmaz, çünki tənəffüsün pozulması boğulma ehtimalını artırır. Kürəyi üstə çevrilmək, qıcolma baş verən əzələni dartmağa çalışmaq və əllərin köməyi ilə yavaş-yavaş sahilə doğru hərəkət etmək lazımdır.

Baldır əzələsi gərilərsə, dərhal dizi düzəltmək və ayaq ucunu özünüzə doğru çəkmək tövsiyə olunur. Sahil uzaqdadırsa, mütləq ətrafdakıları köməyə çağırmaq lazımdır.

Sudan çıxdıqdan sonra zədələnmiş əzələni masaj etmək və isitmək tövsiyə olunur. Təkrar qıcolma riskinə görə həmin gün yenidən çimmək məsləhət görülmür”, – deyə mütəxəssis bildirib.

Həkim üzməyə başlamazdan əvvəl isinmə hərəkətləri etməyi, suya yavaş-yavaş girməyi, həmçinin təkbaşına, alkoqol qəbulundan sonra, acqarına və ya həddindən artıq yorğun halda suya girməməyi tövsiyə edir.

Banner
"Dedi ki, hərbçiyə maşını vermişəm ki, satsın" | Avtomobil almaq istədi, dələduzluqla üzləşdi

"Dedi ki, hərbçiyə maşını vermişəm ki, satsın" | Avtomobil almaq istədi, dələduzluqla üzləşdi

Cəmiyyət
04 noyabr 2026 347 baxış
“Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV

“Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV

Cəmiyyət
04 noyabr 2026 347 baxış
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi nümayiş etdirildi - Baku TV

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi nümayiş etdirildi - Baku TV

Cəmiyyət
04 noyabr 2026 347 baxış
Şəkillərin silinməsi üçün sahiblərindən pul tələb olunur

Şəkillərin silinməsi üçün sahiblərindən pul tələb olunur

Cəmiyyət
04 noyabr 2026 347 baxış
"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

Cəmiyyət
04 noyabr 2026 347 baxış
Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Cəmiyyət
04 noyabr 2026 347 baxış
Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 347 baxış
"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 347 baxış
"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

Cəmiyyət
04 noyabr 2026 347 baxış
Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 347 baxış
Seçilmişlər
icon