Cəmiyyət
Pleyeri seçin:
İstilik cihazları quraşdırılarkən nələrə diqqət edilməlidir? | FHN rəsmisindən vacib açıqlama
Dəm qazından olan ölümlərin səbəbi əksər vaxtlarda insanların məsuliyyətsizliyindən baş verir.
Vətəndaşlar istilik cihazlarını düzgün quraşdırmır və təhlükəsizlik qaydalarına əməl etmirlər. Bu da bəzi vaxtlarda bədbəxt hadisələrlə nəticələnir.
Fövqəladə Hallar Nazirliyinin rəsmisi Vüsalə Zahirova bildirib ki, istifadə olunan qaz cihazlarına heç bir kustar üsulla müdaxiləyə yol verilməməlidir:
“Qaz cihazlarının işlədiyi məkanların hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır. Belə məkanlarda nəfəsliklər açıq olmalıdır. Hamam otaqlarında isə qapıların aşağı hissələrində dəliklər açılmalıdır. Bundan əlavə, tüstü bacaları ildə ən azı 2 dəfə təmizlənməlidir”.
Kopyalandı
Seçilmişlər