Pleyeri seçin:
İstilik mövsümünün müddəti artırılır?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Azəristiliktəchizat" ASC ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi arasında istilik müddətlərinin artırılması barədə müzakirələr aparılır.
Bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qurumun 2022-2023-cü illər payız-qış mövsümündə həyata keçirilən tədbirlərinin icrası haqqında keçirdiyi mətbuat konfransında deyib.
O, bildirib ki, istilik mövsümünün uzadılması böyük resurslardan istifadə deməkdir: “Bunun üçün son 30 ilin temperatur rejimi təhlil edilməli, optimal bir nöqtə çıxarılmalıdır. Konkret olaraq müddətin 10, 15 və ya 20 gün olmasını demək düzgün olmaz”.
Kopyalandı
