Pleyeri seçin:

“IT SkillSprint” proqramını başa vuran tələbələri hansı imkanlar gözləyir? - Baku TV

17 iyul 2026 468 baxış

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Ironhack” tədris şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq intensiv təhsil proqramı – “IT SkillSprint” layihəsinə yekun vurulub.

Proqramı ölkənin müxtəlif ali təhsil müəssisələrinin üçüncü kursunda təhsil alan 120 tələbə uğurla başa vuraraq məzun olub.

Tədbirin açılışında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, elm və təhsil nazirinin müavini Həsən Həsənli və layihənin beynəlxalq tərəfdaşı olan “Ironhack” şirkətinin direktoru Gonzalo Manrique Sabatel çıxış ediblər.

Çıxışlarda rəqəmsal bacarıqların inkişaf etdirilməsinin ölkənin insan kapitalının gücləndirilməsi, informasiya texnologiyaları sahəsində ixtisaslı kadr potensialının formalaşdırılması və gənclərin qlobal əmək bazarına hazırlanması baxımından əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, iştirakçılar proqram çərçivəsində data analitikası və süni intellekt, kibertəhlükəsizlik və süni intellekt, veb-proqramlaşdırma və süni intellekt, eləcə də DevOps və süni intellekt istiqamətləri üzrə hibrid formatda təhsil alıblar.

Altı ay davam edən intensiv tədris müddətində iştirakçılar beynəlxalq mentorların iştirakı ilə keçirilən dərslərə qatılıb, “bootcamp” modeli əsasında real layihələr üzərində çalışaraq praktiki bacarıqlarını inkişaf etdiriblər.

Bağlanış mərasimində proqram müddətində yüksək nəticələr göstərən iştirakçılar və yekun hakatonun qalibi olan komandalar mükafatlandırılıb. Proqramı uğurla başa vuran məzunlara “Ironhack” şirkəti tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikatlar təqdim edilib.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 468 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 468 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 468 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 468 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 468 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 468 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 468 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 468 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 468 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 468 baxış
Seçilmişlər
icon