Pleyeri seçin:

"İyulda qayıda bilərdi, amma...” | Televiziyanın sakit əməkdaşı cəbhədə necə qəhrəmana çevrildi?

28 oktyabr 2026 309 baxış

Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb.

Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.

Şəhidin anası Qənirə Hacıyeva Davudun uşaqlığından söz açıb.

O bildirib ki, Davud çox mehriban, istiqanlı uşaq olub. “Həmişə “Qarabağı mən alacağam” deyirdi. Müharibə vaxtı da bizə ürək-dirək verirdi.

“Narahat olmayın, torpaqlarımızı alacağıq. Hələ mənimlə çox fəxr edəcəksiniz” deyirdi. Övlad itirmək çox ağırdır. Davudun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirmişdi. İndi yeganə təsəllim odur ki, harasa gedəndə mənə “Davudun anasıdır” deyirlər. Onun adının yaşaması ürəyimə rahatlıq verir”, – deyə Qənirə Hacıyeva bildirib.

Şəhidin iş yoldaşı, jurnalist Əli Novruzəliyev də Davudla bağlı xatirələrini bölüşüb.

“O, çox istiqanlı, qayğıkeş insan idi. Davudu hərbi xidmətə yola salanda heç vaxt ağlımıza gəlməzdi ki, bu ayrılıq həmişəlik olacaq. O, hərbi xidmətdə olanda yanına getmək istəyirdim. Mənə “yox, gəlmə, cəbhəyə yollanmışıq. Amma xahiş edirəm ki, bunu qardaşıma söyləmə” dedi. Valideynlərinin narahat olmasını istəmirdi. Mən də sözümü tutdum. Daha sonra qardaşı zəng edərək Davudun şəhid olduğunu dedi. Bu, həyatımda aldığım ən ağır xəbər oldu”, – deyə o əlavə edib.

Banner
Xankəndidə gəncləri bir araya gətirən "Zəfər nəsli" adlı düşərgə nə qədər davam edəcək? - Baku TV

Xankəndidə gəncləri bir araya gətirən "Zəfər nəsli" adlı düşərgə nə qədər davam edəcək? - Baku TV

Cəmiyyət
10 noyabr 2026 309 baxış
“Bizim başqa dolanışıq yerimiz yoxdur!” | Sakinlərin həyatı niyə zülmə çevrilib? - Baku TV

“Bizim başqa dolanışıq yerimiz yoxdur!” | Sakinlərin həyatı niyə zülmə çevrilib? - Baku TV

Cəmiyyət
10 noyabr 2026 309 baxış
44 günlük Vətən müharibəsinin son günündə atəşə tutulan şəhər: Tərtər - Baku TV

44 günlük Vətən müharibəsinin son günündə atəşə tutulan şəhər: Tərtər - Baku TV

Cəmiyyət
10 noyabr 2026 309 baxış
Xınalığa üz tutan turistlərin diqqətinə | Hərəkət məhdudlaşdı - 24 SAAT

Xınalığa üz tutan turistlərin diqqətinə | Hərəkət məhdudlaşdı - 24 SAAT

Cəmiyyət
09 noyabr 2026 309 baxış
Quba-Xınalıq yolunda çətinlik | Yağan qar hərəkəti məhdudlaşdırdı - Baku TV

Quba-Xınalıq yolunda çətinlik | Yağan qar hərəkəti məhdudlaşdırdı - Baku TV

Cəmiyyət
09 noyabr 2026 309 baxış
Bir vaxtlar azərbaycanlıların yaşadığı kənddə tarixi qəbiristanlıq - Baku TV

Bir vaxtlar azərbaycanlıların yaşadığı kənddə tarixi qəbiristanlıq - Baku TV

Cəmiyyət
09 noyabr 2026 309 baxış
Paytaxt küçələrində bayram ab-havası | Hərbi orkestrlərin müşayiəti ilə yürüş - Baku TV

Paytaxt küçələrində bayram ab-havası | Hərbi orkestrlərin müşayiəti ilə yürüş - Baku TV

Cəmiyyət
09 noyabr 2026 309 baxış
"Camaat şir saxlayır, sən də ki..." | Antkeeper danışdı - "Evdə belə şey  etmək düz deyil" - Baku TV

"Camaat şir saxlayır, sən də ki..." | Antkeeper danışdı - "Evdə belə şey etmək düz deyil" - Baku TV

Cəmiyyət
09 noyabr 2026 309 baxış
Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
09 noyabr 2026 309 baxış
"Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı" | Sənətçinin şah əsərinə çatmağını istəməzdim

"Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı" | Sənətçinin şah əsərinə çatmağını istəməzdim

Cəmiyyət
09 noyabr 2026 309 baxış
Seçilmişlər
icon