Pleyeri seçin:

Jurnalist telefonu "casus" proqramları əleyhinə laboratoriyaya göndərilib? | Düşündürən təklif

05 fevral 2025 587 baxış

Sensasiyalarla dolu “Toplum TV” işi ilə əlaqədər redaksiyamıza növbəti dəfə maraqlı, bir o qədər də heyrətləndirici məlumatlar daxil olub.

Bizə daxil olan məlumatların ən heyrətverici məqamı isə odur ki, özlərini jurnalist kimi təqdim edən şəxslər əsl xüsusi xidmət orqanları əməkdaşlarının gizli fəaliyyət metodlarından istifadə ediblər. “Toplum TV” işi üzrə həbs edilən jurnalist Fərid İsmayılovdan axtarışlar zamanı tapılan elektron məlumat daşıyıcılarından aydın olub ki, xaricdən maliyyələşən jurnalistlər gizliliyi qorumaq üçün xüsusi texniki üsullardan və kod adlardan istifadə ediblər. Jurnalist kimliyi ilə fəaliyyət göstərən sözügedən şəxsləri idarə etmək üçün xarici kuratorlar “Siqnal” mobil tətbiqinə üstünlük veriblər. Buna səbəb isə tətbiqin istifadəçinin kimliyini gizlətmə funksiyasının imkanları göstərilə bilər.

Belə ki, xaricdəki kuratorlar və faktiki rəhbərlər barədə məlumatlar qapalı saxlanıldığı üçün kod adları ilə bilinən şəxslərin real kimliyi sıravi əməkdaşlara məlum olmayıb. Misal üçün, Toplum TV-yə videoreportaj və digər materiallar hazırlayan jurnalistlər Fərid İsmayılov, Gülyetər Məmmədova və Cəmilə Əzimovaya “Siqnal” tətbiqi vasitəsilə “Romeo”, “Turan Hasanli” və “Redo” kod adlı şəxslər tərəfindən tapşırıqlar verilib.

Sistemli araşdırmalar zamanı məlum olub ki, “Romeo” kod adlı şəxş Toplum TV-də kordinator işləmiş, Çexiyada yaşayan Pərvanə Qurbanlı, “Redo” kod adlı şəxs isə Gürcüstanda məskunlaşmış “Azadlıq Radiosu”nun keçmiş əməkdaşı Orxan Rüstəmzadədir. Bakıda yaşadığı üçün məxfiliyə müstəsna diqqət yetirən “Turan Hasanlı” kod adlı şəxsin isə əvvəllər Toplum TV-də aparıcı olmuş, hazırda isə redaktorluq edən Şahnaz Bəylərqızı Hüseynova olduğu dəqiqləşdirilib.

Bundan əlavə, hazırda Praqada yaşayan 3-cü Respublika Platformasının İdarə Heyətinin üzvü Elman Fəttah və Avstiriyada yaşadığı bilinən Əhəd Əhədlinin isə indi də Toplum TV-yə donorlardan maliyyə axınını təmin etdikləri məlum olub.

Maraqlı məqamlardan biri də odur ki, qanunsuz fəaliyyətinə görə həbs olunan Fərid İsmayılovun bir sıra anti-Azərbaycan şəxs və təşkilatlarla da sıx əlaqələrinin olduğu, onlara məlumatlar ötürdüyü araşdırma zamanı üzə çıxıb. Baş ofisi Nyu-Yorkda olan “Committe to Protect Journalists” təşkilatının Mərkəzi Asiya və Qafqaz üzrə nümayəndəsi Nicholas Lewis və Fransa Xarici İşlər Nazirliyində informasiya və media əməkdaşlığı üzrə məsləhətçi anti-Azərbaycan mövqeyi ilə seçilən, “Forbidden Stories” media təşkilatında işləyən Julien Musseau ilə sıx əməkdaşlığı üzə çıxıb.

Kopyalandı
Banner
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 587 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 587 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 587 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 587 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 587 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 587 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 587 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 587 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 587 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 587 baxış
Seçilmişlər
icon