Kəlbəcər atəşə tutuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 5-i saat 01:35-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimiz qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüb.
Müdafiə Nazirliyi həmçinin sentyabrın 5-i saat 00:05-dən 00:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan Silahlı Qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumatın tamamilə yalan olması barədə də xəbər yayıb.
“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə nazirlikdən bildirilib.
#Kəlbəcər teqi istifadə olunub
- Dünyanın nüfuzlu səyyah klublarının nümayəndələri Kəlbəcərə gəliblər - Baku TV
- Diplomatik korpusun nümayəndələri Kəlbəcərdə tarixi abidəyə baş çəkdilər - Baku TV
- Diplomatik korpusun nümayəndələri festivalda iştirak edib - Baku TV
- Kəlbəcərdə əmək bazarında yeni mərhələ | İş axtaranlar üçün yeni imkanlar - Baku TV
- Kəlbəcərdə mina partladı | Yaralının vəziyyəti açıqlandı - ANA XƏBƏR
