Pleyeri seçin:

Kəmalə heç kəsin çıxmağa risk etmədiyi, təhlükəli qalaya çıxdı - KƏNDİNƏ QAYIT

03 iyul 2024 535 baxış

“Kəndinə qayıt” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin aparıcısı bu dəfə Zaqatalanın Yuxarı Çardaxlar kəndində yerləşən və çıxılması çətin olan Pəriqalanı fəth etməyə çalışıb.

Zaqatalada çoxlu kilsələr və müdafiə məqsədilə tikilmiş dörd qala var: Çingizqala, Kəbəloba qülləsi, Pəriqala və Zaqatala qalası. Bunların içində ən təhlükəlisi isə Pəriqaladır. Deyilənə görə, bu qalaya bələdçisiz çıxmaq çox müşkül məsələdir.

Alban memerlığına xas olan Pəriqala 150-200 metr hündürlükdə dağ sıldırımında tikilib. 3 otaqdan ibarət qalanın ümumi sahəsi 30 kvadratmetrə yaxındır. Bu qalanın əsas özəlliyi isə ondadır ki, onun tikintisində daşdan istifadə olunmayıb, qala qaya çapılaraq inşa edilib.

“Pəri qalası”nın dəqiq inşa tarixi tam bəlli deyil. Qala strateji baxımdan çox əlverişli yerdə tikilib. Əraziyə gələn bütün yollar qaladan aydın görünür. Ehtimal olunur ki, düşmən ordusunun yaxınlaşdığını görən gözətçilər dərhal elin gəlin və qızlarını qalaya qaldırar, düşmən ərazini tərk etmədən aşağı endirməzdilər.

Əfsanəyə görə, qalanın adı da elə bununla bağlı olub: elin pərilərini, qızlarını qoruyan qala.

Deyirlər ki, indiyə qədər Pəriqalanın ən yuxarısına çıxan olmayıb. “Kəndinə qayıt” komandası isə çətin və qorxulu yollardan keçərək bələdçinin köməyi ilə Pəriqalanı fəth edə bilib. 

Banner
Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir

Xudadat bəy Məlik-Aslanov küçəsinin sakinləri problemlərinin həll edilməsini istəyir

Cəmiyyət
17 oktyabr 2026 535 baxış
İşləməyən eskalator, zədələnmiş pilləkənlər | Sakinlər təhlükəli durumda

İşləməyən eskalator, zədələnmiş pilləkənlər | Sakinlər təhlükəli durumda

Cəmiyyət
17 oktyabr 2026 535 baxış
“Dedim ki, səndən başqa heç kimim yoxdur...” | Vətən uğrunda canından keçən zabit - Baku TV

“Dedim ki, səndən başqa heç kimim yoxdur...” | Vətən uğrunda canından keçən zabit - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 535 baxış
Sakinlərin qorxulu yuxusuna çevrilən yol | “2 gənc də buna görə öldü” - Baku TV

Sakinlərin qorxulu yuxusuna çevrilən yol | “2 gənc də buna görə öldü” - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 535 baxış
“Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV

“Uşaqlarımız əziyyət çəkir, təcili yardım gəlmir” | Biləcəri sakinləri kömək gözləyir - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 535 baxış
Şəhərin mərkəzindəki bu keçiddə nələr baş verir? - Baku TV CANLI

Şəhərin mərkəzindəki bu keçiddə nələr baş verir? - Baku TV CANLI

Cəmiyyət
17 oktyabr 2026 535 baxış
“Birinin qolu sınıb” | Şəhərin ortasında piyadalar niyə təhlükə ilə üz-üzə qaldı? - Baku TV

“Birinin qolu sınıb” | Şəhərin ortasında piyadalar niyə təhlükə ilə üz-üzə qaldı? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 535 baxış
“4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV

“4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV

Cəmiyyət
17 oktyabr 2026 535 baxış
Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Nələri yeməli, nələri yeməməli? - BAKU MED

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Nələri yeməli, nələri yeməməli? - BAKU MED

Cəmiyyət
17 oktyabr 2026 535 baxış
“1 yaşında qurban kəsəcəkdim” | Gəncəyə ən ağır raket hücumu | “Bir gecənin içində 5 şəhidimiz oldu”

“1 yaşında qurban kəsəcəkdim” | Gəncəyə ən ağır raket hücumu | “Bir gecənin içində 5 şəhidimiz oldu”

Cəmiyyət
17 oktyabr 2026 535 baxış
Seçilmişlər
icon