Kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib:
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq martın 15-dək respublikanın bəzi ərazilərində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin sürətinin arabir güclənəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir”.
#Güclü külək teqi istifadə olunub
- Güclü küləkdə bu yerlərdən uzaq durun | FHN-dən əhaliyə müraciət - Baku TV CANLI
- Külək 35 yaşlı kişini xəstəxanalıq etdi | Baku TV hadisə yerində - Baku TV
- DYP çağırış etdi | Sürücülər və piyadalar diqqətli olsun - ANA XƏBƏR
- Gəmilərə xəbərdarlıq edildi | Küləkli havaya görə 6 limana giriş-çıxış məhdudlaşdırıldı - Baku TV
- Hava kəskin dəyişir | FHN-dən əhaliyə xəbərdarlıq - Baku TV
