Pleyeri seçin:
“Komando başlanğıc kursu”nun buraxılış mərasimi keçirildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü il üçün hazırlıq planına uyğun olaraq, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərasimdə çıxış edənlər Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini qeyd edib, kursantlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub, hərbi qulluqçulara sertifikatlar təqdim olunub.
Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.
Kopyalandı
#Komando başlanğıc kursu teqi istifadə olunub
