Pleyeri seçin:

Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı | Mütəxəssisdən təcili xəbərdarlıq

06 iyun 2025 839 baxış

Tayvanda kamera qarşısında kosmetik məhsulları yeyən bloger ölüb.

“Guava Beauty” adı ilə tanınan 24 yaşlı qız müxtəlif kosmetik vasitələrin dadına baxdığı videolar çəkib.

O, xüsusilə dodaq boyası və ənlik kimi məhsulları kamera qarşısında yeyərək izləyicilərinin diqqətini çəkməyə çalışıb. Bir müddət sonra gənc blogerin profilində onun qəfil öldüyünü göstərən paylaşımlar edilib.

Maraqlıdır, doğrudanmı blogerin ölümünə kosmetik vasitələri yeməyi səbəb olub? Bununla bağlı mütəxəssislərin fikirləri isə müxtəlifdir.

Qida mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, kosmetik vasitələrin yeyilməsi insan sağlamlığına ciddi zərər vura bilər:

“Bu məhsullarda istifadə olunan kimyəvi maddələr qaraciyər və böyrəklərin fəaliyyətini poza, digər daxili orqanlara zərər verə bilər. Eyni zamanda kosmetik vasitələrin tərkibində istifadə olunan kimyəvi maddələr hormonal balansın pozulması ilə yanaşı, ciddi allergik reaksiyalara səbəb ola bilər”.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə bildirib ki, sözügedən boyalar və kosmetik məhsullar toksiki funksiyaya malik deyil:

“Onlar zəhərlənməyə səbəb olmurlar. Bizə müraciət edən azyaşlı uşaqlar belə məhsulları təsadüfən istifadə etdikdə xüsusi tibbi müdaxiləyə ehtiyac olmur”.

Ekspertlərin sözlərinə görə, sosial mediada izlənmə və məşhurluq uğruna edilən riskli hərəkətlər gənclər üçün ölümcül nəticələrə gətirib çıxara bilər. Bu kimi videoların platformalardan silinməsi və maarifləndirici tədbirlərin vacibliyi isə mütləqdir.

Banner
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 839 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 839 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 839 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 839 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 839 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 839 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 839 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 839 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 839 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 839 baxış
Seçilmişlər
icon