Külək və yağışa hazır olun! - Hava haqqında məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 19-dan 20-nə keçən gecə Bakıda və Abşeron yarımadasında yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturunun 21-26 dərəcə isti olacağı gözlənilir.
Bölgələrdə də mayın 20-də yağıntılı hava şəraiti davam edəcək, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam bəzi rayonlarda tədricən kəsiləcək.
Havanın maksimal temperaturu Aran rayonlarında 22-27, dağlıq ərazilərdə isə 12-17 dərəcə isti olacaq.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
- Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI
- Bakıda və bölgələrdə yaşayanlara hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI
