Kürdəmirdə canavarlar təsərrüfata hücum çəkdi | "15-16 baş heyvanımı yeyib"
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə canavarlar xırdabuynuzlu heyvanlara hücum edib.
Hadisə rayonun Çölqubalı kəndində qeydə alınıb.
Belə ki, vəhşi heyvanların hücumu zamanı kənd sakini Şahin Səfərovun təsərrüfatında 16 baş xırdabuynuzlu heyvan tələf olub.
Kənd sakinlərinin sözlərinə görə, meşəlik və sıx yulğunluqla əhatə olan kəndə mütəmadi olaraq vəhşi heyvanlar hücum edir. Son 1 həftə ərzində sürü halında hücüm edən canavarlar kənd sakinlərinin onlarla qoyununu tələf edib, bir neçəsini ağır yaralayıb.
Sakinlər bildirirlər ki, canavarlar nəyinki mal-qaraya, hətta insanlara da hücum çəkir. Ötən il kənd sakinlərindən birinə hücum edib, əl-ayağını yaralayıblar.
Onlar mövcud yaranmış problemin aradan qaldırılmasında aidiyyəti qurumlardan kömək istəyirlər.
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV
- Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV CANLI
- Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI
