Kursantlar təlim toplanışına cəlb olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev adına Hərbi İnstitutun tədris planı və proqramına uyğun olaraq kursantlar çöl şəraitində keçirilən düşərgə toplanışına cəlb olunublar.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi hissənin ərazisində keçirilən toplanışda kursantların müxtəlif mövzular üzrə intensiv hazırlığı həyata keçirilir.
Kursantlar günün nizam qaydalarına uyğun olaraq keçirilən məşğələlərdə nəzəri və praktiki vərdişlər qazanır, fiziki və sıra hazırlığı üzrə tədbirlərdə fəal iştirak edirlər.
Poliqonda keçirilən atış çalışmalarının yerinə yetirilməsi zamanı müxtəlif silahlardan istifadə vərdişləri təkmilləşdirilir, eləcə də “döyüş meydanında” hədəflərin aşkar edilərək atəşlə məhv edilməsi və digər tapşırıqlar praktiki yerinə yetirilir.
Bundan başqa, komando hazırlığı proqramı çərçivəsində dağ hazırlığı təlimlərində iştirak edən kursantlar döyüş vərdişlərini daha da təkmilləşdirirlər.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
