Leysan yağacaq, dolu düşəcək | Hava haqqında məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 15-i və 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur, mülayim şimal-qərb küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın maksimal temperaturu 15-20 dərəcə isti olacaq.
Bölgələrdə də bəzi yerlərdə yağıntılı hava şəraiti davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. 15-i gündüz saatlarında əksər rayonlarda yağıntıda fasilə olacaq.
Havanın maksimal temperaturu Aran rayonlarında 18-23 dərəcə, dağlıq ərazilərdə 5-9 dərəcə isti olacaq.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
- Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI
- Bakıda və bölgələrdə yaşayanlara hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI
