Pleyeri seçin:

Magistraturaya qəbul: 4 minə yaxın yer niyə boş qaldı? | Ekspert səbəbləri açıqladı - Baku TV

30 iyul 2026 340 baxış

Dövlət İmtahan Mərkəzi 2026–2027-ci tədris ili üzrə magistraturaya qəbul müsabiqəsinin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, 3 843 plan yeri boş qalıb.

Təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, bunun əsas səbəblərindən biri magistraturaya qəbul imtahanının mövcud formatıdır.

Ekspertin sözlərinə görə, bu il magistraturaya 23 min nəfər müraciət edib. Onlardan 15 721 nəfər müsabiqə şərtlərini ödəyib, 13 845 nəfər isə qəbul olunub:

“Dövlət tərəfindən ayrılan plan yerlərinin sayı müsabiqə şərtlərini ödəyənlərin sayından çox olub. Nəticədə, 3843 yer boş qalıb”.

Ramin Nurəliyev bildirib ki, hazırkı qəbul modeli beynəlxalq təcrübəyə uyğun deyil. Onun sözlərinə görə, bir çox ölkələrdə magistraturaya qəbul əsasən bakalavr üzrə akademik göstəricilər (GPA), CV, tövsiyə məktubları və digər nailiyyətlər əsasında aparılır:

“Tarixçi, filoloq və ya coğrafiya müəllimi magistraturaya qəbul olmaq üçün riyazi məntiq, informatika və xarici dildən imtahan verir, amma öz ixtisası üzrə sualla qarşılaşmır. Bu, ciddi problemdir”.

Ekspert hesab edir ki, magistratura qəbulunda ixtisas fənləri də imtahana daxil edilməlidir. Onun fikrincə, mövcud sistem xüsusilə humanitar ixtisas məzunlarının aşağı nəticə göstərməsinə və magistratura təhsilindən imtina etməsinə səbəb olur.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 340 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 340 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 340 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 340 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 340 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 340 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 340 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 340 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 340 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 340 baxış
Seçilmişlər
icon