Pleyeri seçin:

Maşın aldı, başına gəlməyən qalmadı | "Şikayətinə baxmayan qalmayıb, hamısı da..." - Baku TV

05 iyun 2026 436 baxış

Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş Orxan Cəlilov avtomobil icarəsi və satışı ilə məşğul olan şirkətdən şikayətçidir.

Onun sözlərinə görə, kredit şərti ilə götürdüyü avtomobildə bir gün sonra texniki problemlər yaranıb. Vətəndaş nəqliyyat vasitəsini geri qaytarsa da, ödədiyi ilkin ödənişi ala bilmədiyini iddia edir.

Zərərçəkmiş Orxan Cəlilov hadisənin ötən ilin oktyabr ayında baş verdiyini bildirib:

"2800 manat ilkin ödənişlə maşın almaq üçün şirkətin ofisinə yaxınlaşdım və 2011-ci il istehsalı olan "Hyundai Genesis" markalı avtomobili bəyəndim. Mənə maşının heç bir probleminin olmadığını dedilər. Ustaya göstərmək istədiyimi bildirdikdə isə "narahat olma, 10 gün ərzində hər hansı problem çıxsa, gətirib qaytararsan" dedilər. Mən də onların sözünə inanaraq pulu ödədim. Lakin avtomobili apardığım usta maşının özü qədər xərci olduğunu bildirdi".

O.Cəlilov qeyd edib ki, növbəti gün avtomobili qaytarmaq istədikdə şirkət rəhbərliyi ondan 300 manat xidmət haqqı tutacağını deyib:

"Bir həftə, on gün ərzində məni bu qayda ilə yubatdılar. Sonda isə "hara istəyirsən şikayət et" dedilər. Ödəniş etdiyim barədə qəbzlər və imzaladığım müqavilə də mövcuddur".

Kreditləşməni həyata keçirən "Car Rental Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) isə ittihamları təkzib edib. Şirkət rəsmisi şikayətçinin psixoloji problemlərinin olduğunu iddia edib:

"Bu şəxsin şikayət etmədiyi dövlət orqanı qalmayıb, hamısı da iddiaları əsassız hesab edib. Onun psixi çatışmazlığı var. Araşdırmalar nəticəsində də onun haqsız olduğu üzə çıxır. Əksinə, o şəxs mənə maddi ziyan vurub – avtomobili idarə edərək mühərrikini dağıdıb. Onun verdiyi puldan əlavə, hələ mənə 1500 manat da borcu var".

Məsələni şərh edən hüquqşünas Mircavid Miriyev tərəflər arasında bağlanmış müqavilənin natamam olduğunu vurğulayıb. Ekspert qeyd edib ki, cəmi iki abzasdan ibarət olan bu sənəddə bütün məsuliyyət yalnız icarəyə götürənin üzərinə qoyulub:

"Mülki qanunvericiliyin əsas prinsiplərinə görə, əşyanı istifadəyə və ya satışa təqdim edən şəxs həmin əşyanın təyinatı üzrə yararlı vəziyyətdə olmasına cavabdehdir. Müqavilə bağlanarkən mövcud olan, lakin qarşı tərəfə bildirilməyən qüsurların sonradan aşkar edilməsi, alıcının (və ya icarəçinin) müqavilədən imtina etmək və ödədiyi məbləğin geri qaytarılmasını tələb etmək hüququnu yaradır. Vətəndaş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər".

Banner
Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV

Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 436 baxış
“Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV

“Bir-birimizə sarıldıq, o anı ölənə qədər unutmarıq” | Topçu qardaşların döyüş hekayəsi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 436 baxış
Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV

Şuşa zirvəsinə sancılan şanlı bayraq | DİN-dən tarixi günlə bağlı videoçarx - Baku TV

Cəmiyyət
07 noyabr 2026 436 baxış
"Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV

"Onlar ağrı hiss etmirdilər" - Döyüş meydanında həm savaşan, həm də can qurtaran həkimlər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 436 baxış
8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI

8 Noyabr tarixə necə yazıldı? - Azərbaycanın taleyini dəyişən döyüşlər - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 436 baxış
"Dedi, qapını açın, şəhid gəlir..." | Bayrağımızı zirvəyə qaldıran şəhid Müseyib Zeynalov - Baku TV

"Dedi, qapını açın, şəhid gəlir..." | Bayrağımızı zirvəyə qaldıran şəhid Müseyib Zeynalov - Baku TV

Cəmiyyət
07 noyabr 2026 436 baxış
44 günün sonunda yenidən yazılan tarix | Zəfərin adı - Şuşa! - Baku TV

44 günün sonunda yenidən yazılan tarix | Zəfərin adı - Şuşa! - Baku TV

Cəmiyyət
07 noyabr 2026 436 baxış
Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Fəqərəarası disk yırtığında əməliyyat vacibdir?

Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Fəqərəarası disk yırtığında əməliyyat vacibdir?

Cəmiyyət
07 noyabr 2026 436 baxış
Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi - Baku TV

Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 436 baxış
Laçın sakinləri, şəhid ailələri və qazilər Zəfər konsertində bir araya gəldi - Baku TV

Laçın sakinləri, şəhid ailələri və qazilər Zəfər konsertində bir araya gəldi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 436 baxış
Seçilmişlər
icon