Pleyeri seçin:

Maştağada gəlinini öldürən qayınata hakim qarşısında

24 oktyabr 2025 414 baxış

Maştağa qəsəbəsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən 66 yaşlı Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi işini davam etdirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilənin oğlu Ağamöhsün Əliyev şahid qismində ifadə verib.

O bildirib ki, hadisə baş verən zaman evdə olmayıb. Belə bir faciənin baş verdiyini o, atasının onun iş yerinə gəlib etiraf etməsindən sonra öyrənib.

Şahid ifadəsində vurğulayıb ki, qardaşı fiziki qüsurlu olub. Qardaşının həyat yoldaşı ilə ailədaxili münasibətlərə gəlincə isə gəlinlərinin davranışı əvvəllər normal olsa da, sonradan dəyişib, qayınata və qayınanasına qarşı kobudluq nümayiş etdirməyə başlayıb.

Təqsirləndirilən Ağanəbi Əliyev isə törətdiyi cinayət əməlinə haqq qazandıraraq bildirib ki, gəlinini ona söz qaytardığına və uşağını söydüyünə görə öldürüb.

“Həkim məsləhət gördü ki, xəstə oğlumu evləndirim. Gəlin ailəmizə, oğluma qulluq etsin deyə onların toyunu etdim. Gəlinim uşaqlarını söyürdü, o söyüşlər mənə çatırdı, qəbul edə bilmirdim”, ‒ deyə təqsirləndirilən şəxs vurğulayıb.

Məhkəmənin növbəti iclası oktyabrın 30-na təyin edilib.

Qeyd edək ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ağanəbi Əliyev 33 yaşlı gəlini Dürdanə Əliyevanı bıçaqlayaraq qətlə yetirməkdə ittiham olunur. Qətl ailədaxili mübahisə zəminində törədilib. Mərhumun üç azyaşlı övladı qalıb.

"Heç bir xəstəliyi olmayıb" | 27 yaşlı qadın abortdan sonra öldü - Baku TV

"Heç bir xəstəliyi olmayıb" | 27 yaşlı qadın abortdan sonra öldü - Baku TV

Hadisə
14 dekabr 2025 414 baxış
Bakıda irigövdəli ağac maşının üzərinə aşdı | Xəsarətalan var - Baku TV

Bakıda irigövdəli ağac maşının üzərinə aşdı | Xəsarətalan var - Baku TV

Hadisə
13 dekabr 2025 414 baxış
Quldurluqda şübhəli bilinən 55 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Quldurluqda şübhəli bilinən 55 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Hadisə
13 dekabr 2025 414 baxış
İnanılmaz hadisə | Həkim ürəyi dayanan qadını 45 dəqiqə sonra həyata qaytardı - Baku TV

İnanılmaz hadisə | Həkim ürəyi dayanan qadını 45 dəqiqə sonra həyata qaytardı - Baku TV

Hadisə
13 dekabr 2025 414 baxış
Hava limanında film kimi əməliyyat |  DGK-dan təcili məlumat - Baku TV

Hava limanında film kimi əməliyyat | DGK-dan təcili məlumat - Baku TV

Hadisə
13 dekabr 2025 414 baxış
Ramanada evə gec gələn oğul qətl törətdi | Cinayətkar polis tərəfindən saxlanıldı - Baku TV

Ramanada evə gec gələn oğul qətl törətdi | Cinayətkar polis tərəfindən saxlanıldı - Baku TV

Hadisə
13 dekabr 2025 414 baxış
Naxçıvanda dəm qazından zəhərlənən qadınlar xəstəxanaya yerləşdirildi - Baku TV

Naxçıvanda dəm qazından zəhərlənən qadınlar xəstəxanaya yerləşdirildi - Baku TV

Hadisə
13 dekabr 2025 414 baxış
“Partlayış oldu, evlərə...” | Sakinlər Yasamaldakı hadisədən nə danışdı? - Baku TV

“Partlayış oldu, evlərə...” | Sakinlər Yasamaldakı hadisədən nə danışdı? - Baku TV

Hadisə
13 dekabr 2025 414 baxış
Tanınmış təhsil eksperti hakim qarşısında | Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Tanınmış təhsil eksperti hakim qarşısında | Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Hadisə
12 dekabr 2025 414 baxış
Sabiq icra başçısının oğlu Babəli Babayevin məhkəməsi keçirildi | Hakim nə qərar verdi? - Baku TV

Sabiq icra başçısının oğlu Babəli Babayevin məhkəməsi keçirildi | Hakim nə qərar verdi? - Baku TV

Hadisə
12 dekabr 2025 414 baxış
Seçilmişlər
icon