Mehriban Əliyeva "Qarabağ" - "Qalatasaray" oyunundan paylaşım edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Qalatasaray” komandaları arasında keçirilən oyunu izləyiblər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım da edib. O, paylaşımında "Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, sarsılmazdır!" fikrini qeyd edib.
Xatırladaq ki, oyun qardaş Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.
#Mehriban Əliyeva teqi istifadə olunub
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev və ailə üzvləri rəssamın 80 illiyinə həsr olunan sərgi ilə tanış olublar - Baku TV
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib
- İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər
- İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Zəfər parkında olublar - Baku TV CANLI
