Pleyeri seçin:
Mehriban Əliyevadan Novruz təbriki
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir: "Əziz bacılar və qardaşlar! Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhvali-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Qoy hər birinizin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Allah Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət etsin, onların ailələrinə dözüm və səbir versin! Uca Tanrı xalqımızı bütün qada-bəlalardan qorusun! Dərin hörmət və sevgilərlə, sizin Mehriban".
Kopyalandı
#Mehriban Əliyeva teqi istifadə olunub
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev və ailə üzvləri rəssamın 80 illiyinə həsr olunan sərgi ilə tanış olublar - Baku TV
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib
- İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər
- İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Zəfər parkında olublar - Baku TV CANLI
