Pleyeri seçin:

Məktəbdə çəkilişi biləndə görün nə etdilər | "Qarşımıza çıxın, nə etmək istəyirsiniz?!” - Baku TV

24 sentyabr 2026 344 baxış

Bu yaxınlarda ölkədə yeni tədris ili başlayıb və məktəblərdə dərslər bərpa olunub. Lakin 95 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdlərinin bir qismi dərsə gəlmir.

Buna səbəb kimi valideynlər məktəbin sanitar qovşağındakı vəziyyəti göstərirlər. Onların sözlərinə görə, sanitar qovşağın yaxınlığında yerləşən sinif otağına kəskin qoxu yayılır və bu, uşaqların səhhətinə mənfi təsir göstərir.

Valideynlər bildirirlər ki, uşaqlar ürəkbulanma və narahatlıq səbəbindən dərsdə iştirak edə bilmirlər.

Məsələ ilə bağlı məktəb rəhbərliyinə müraciət etsələr də, onlara problemin həlli üçün vəsait olmadığı bildirilib. Həmçinin sanitar qovşağın təmirinin öz hesablarına həyata keçirilməsi təklif edilib.

Valideynlərdən biri deyib:

“Sinif sanitar qovşağın düz yanındadır. Orada sanitar vəziyyət çox pisdir. İydən sinifdə oturmaq olmur. Bütün uşaqlar ürəklərinin bulandığını deyirlər. Biz də şikayət etdik. Dedilər ki, əlimizdən heç nə gəlmir. Biz sinfin dəyişdirilməsini istəyirik. Uşaqlar dərsə gəlmirlər. Heç kim maraqlanmır ki, bu uşaq niyə dərsə gəlmir”.

Şagirdlərdən biri də narazılığını belə ifadə edib:

“Ayaqyolunun qapısı qırıq olduğu üçün bağlanmır, qoxu çox gəlir. Yeddi-səkkiz uşaq xəstələnib”.

95 nömrəli tam orta məktəbdən isə bildirilib ki, sözügedən sinif otağından ötən tədris ilində də istifadə olunub və həmin otaqda 11-ci sinif şagirdləri təhsil alıblar.

Məktəbin məlumatına görə, otaq dezinfeksiya olunub, havalandırma və işıqlandırma səviyyəsi standartlara tam cavab verir. Hazırda məkanda antisanitar vəziyyət müşahidə olunmur və kəskin qoxunun yaranması üçün hər hansı risk mövcud deyil.

Məktəb rəhbərliyi ilə bağlı irəli sürülən iddiaların isə tamamilə əsassız olduğu və həqiqəti əks etdirmədiyi bildirilib.

Kopyalandı
Banner
Ev sahibi olmaq istədilər, aldadıldılar | Yasamalda eyni mənzil neçə adama satılıb? - Baku TV CANLI

Ev sahibi olmaq istədilər, aldadıldılar | Yasamalda eyni mənzil neçə adama satılıb? - Baku TV CANLI

Cəmiyyət
16 noyabr 2026 344 baxış
"Gündə biri qaçmağa çalışır" | Sakinləri bezdirən məsələ | "Ağır xəstələr bu yolda ölüb" - Baku TV

"Gündə biri qaçmağa çalışır" | Sakinləri bezdirən məsələ | "Ağır xəstələr bu yolda ölüb" - Baku TV

Cəmiyyət
16 noyabr 2026 344 baxış
Əməliyyatdan sonra şok: Həkim sağlam kişini yatağa düçar etdi? - Baku TV CANLI

Əməliyyatdan sonra şok: Həkim sağlam kişini yatağa düçar etdi? - Baku TV CANLI

Cəmiyyət
16 noyabr 2026 344 baxış
"Gəldim ki, evimdə başqası yaşayır, təmir də edib" | Bir mənzil neçə nəfərə satılıb? - Baku TV

"Gəldim ki, evimdə başqası yaşayır, təmir də edib" | Bir mənzil neçə nəfərə satılıb? - Baku TV

Cəmiyyət
16 noyabr 2026 344 baxış
“Şükür ki, belə məkanımız var” | Lənbəranda şəhidlərin xatirəsi əbədiləşdirildi - Baku TV

“Şükür ki, belə məkanımız var” | Lənbəranda şəhidlərin xatirəsi əbədiləşdirildi - Baku TV

Cəmiyyət
16 noyabr 2026 344 baxış
“500 manatlıq dərman yazdı ki...” | Yeriyərək getdiyi xəstəxanadan əlil arabasında çıxdı - Baku TV

“500 manatlıq dərman yazdı ki...” | Yeriyərək getdiyi xəstəxanadan əlil arabasında çıxdı - Baku TV

Cəmiyyət
16 noyabr 2026 344 baxış
"Yenə gəlib bu məsələyə baxmayacaqlar" | Hövsandakı dözülməz qoxuya kim çarə tapacaq? - Baku TV

"Yenə gəlib bu məsələyə baxmayacaqlar" | Hövsandakı dözülməz qoxuya kim çarə tapacaq? - Baku TV

Cəmiyyət
15 noyabr 2026 344 baxış
Söyüdlü kəndi boşaldılır? | Fransadan idarə olunan saxta kampaniya ifşa olundu - Baku TV

Söyüdlü kəndi boşaldılır? | Fransadan idarə olunan saxta kampaniya ifşa olundu - Baku TV

Cəmiyyət
15 noyabr 2026 344 baxış
Gündəlik qidalanma zamanı diqqət yetirməli olduğumuz məqamlar | Mütəxəssislərdən çağırış - Baku TV

Gündəlik qidalanma zamanı diqqət yetirməli olduğumuz məqamlar | Mütəxəssislərdən çağırış - Baku TV

Cəmiyyət
15 noyabr 2026 344 baxış
Salyanda fermerlərin pambıq pulu niyə ödənilmir? | Şirkət ödənişi niyə gecikdirir? - Baku TV

Salyanda fermerlərin pambıq pulu niyə ödənilmir? | Şirkət ödənişi niyə gecikdirir? - Baku TV

Cəmiyyət
15 noyabr 2026 344 baxış
Seçilmişlər
icon