“Mənim şəkillərimi söyüşlə paylaşıb” | Ayrıldığı ərindən Gülşənlə bağlı şok sözlər - ARZUNUN VAXTI
Yeniliklərdən dərhal xəbərdar olun
“Arzunun vaxtı” verilişinin budəfəki buraxılışında şəxsi məsələləri ilə bağlı yardım istəyən Gülşən Tağıyeva öz problemlərindən bəhs edib.
Gülşənin sözlərinə görə, keçmiş həyat yoldaşı ilə sevərək evlənsə də, sonradan yaranan ailədaxili narazılıqlar münasibətlərinin pozulmasına səbəb olub:
“Ona qoşulub qaçmışdım. Dayım və anamdan başqa heç kimim yoxdur. Anam da qaçmağıma razılıq vermişdi. İlk vaxtlar hər şey yaxşı idi. Bir müddət sonra dayımın bizə gəlməməsi ailədə söz-söhbətə səbəb oldu. Yoldaşımın valideynləri “dayın niyə evimizə gəlmir?” deyirdilər. Hər gün yaşanan bu söz-söhbətdən bezdiyim üçün yoldaşımdan ayrılmaq qərarına gəldim”.
Onun keçmiş həyat yoldaşı isə deyilənlərlə razılaşmadığını bildirib:
“Gülşənin söylədikləri yalandır. Onunla rəsmi qaydada boşanmışıq. Gülşən şəkillərimə söyüşlər yazaraq sosial şəbəkələrdə paylaşıb. Bundan sonra ürəyimdə ona qarşı sevgi qalmadı. İndi öz həyatımı qurmaq istəyirəm”.
#Ailə münaqişəsi teqi istifadə olunub
- 15 min nikah, 8 mindən çox boşanma | Boşanmaların çox olmasının səbəbi nədir? - Baku TV
- Göndərdiyim aliment narkotikə xərclənir | İran vətəndaşı həyat yoldaşını ittiham etdi - Baku TV
- Gözü dönən kişi balta ilə arvadına hücum etdi | Tükürpərdən hadisənin detalları - Baku TV
- “Elə qıza necə gəlin kimi baxım?!” - Ququşun qohumu gəlininin xəstəliyindən danışdı - O VAXTLAR
- Cütlüklər arasında emosional uzaqlaşmanın şokedici səbəbi məlum oldu
