Mərdanov qardaşları küçəsində nə baş verir?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda Dəyanət Liseyinin servis avtomobillərinin yol kənarında saxlanması sakinlərin narazılığına səbəb olub.
Mərdanov qardaşları küçəsi, 96A ünvanında yaşayan sakinlərin sözlərinə görə, liseyin servis avtomobilləri yolun sağ tərəfində saxlanılır. Küçənin digər tərəfində isə dayanma və durma qadağan olunsa da, avtomobillərin park edildiyi bildirilir.
Sakinlər qeyd edirlər ki, avtomobillərin hər iki tərəfdə saxlanılması iki tərəfli yolu daraldır. Xüsusilə dərsdən sonra ərazidə nəqliyyatın hərəkətində çətinlik yaranır.
Onların sözlərinə görə, yaxınlıqda yeni obyekt və mağazaların fəaliyyətə başlaması da ərazidə nəqliyyat sıxlığını artırıb.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara bir neçə dəfə müraciət etsələr də, problem hələ də həll olunmayıb.
#Nəsimi rayonu teqi istifadə olunub
- Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər
- "Kimsə sağ qala bilər?!" | Nəsimidə “göydən daş yağır?” | “Dedi, niyə narahat edirsiniz?!” - Baku TV
- Bakıda sakinləri qorxuya salan hadisə baş verdi - Baku TV CANLI
- Təmir işləri niyə dərslər başlayan kimi yada düşür? - Nəsimidə xaotik vəziyyət - Baku TV
- Yollarda təmir başladı, tıxac artdı | Nəsimi rayonunda sakinlər çətin durumda - Baku TV
