Məşğulluq Agentliyinin sədrindən vacib açıqlama
Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli vətəndaşlara verilən aktivlər arasında müəyyən uğursuz hallar ola biləcəyini istisna etməyib.
O bildirib ki, il ərzində Azərbaycana 80 min başa yaxın müxtəlif növ heyvan idxal edilir və vətəndaşlara paylanılır.
M.Abbasbəyli qeyd edib ki, 99 % halda uğurlu təqdimatlarla bağlı məlumatlar sosial şəbəkədə yayılmır:
"Nadir hallarda uğurlu olmayan istisna hallar isə geniş yayılır. Təbii ki, bu qədər çox sayda heyvanlar arasında müəyyən uğursuz hallar ola bilər və bunu normal qarşılayırıq. Ümumilikdə neqativ fakt çox cüzi faiz təşkil edir".
"80 minə yaxın vətəndaşa verilən aktivlər zamanı çəkilən videogörüntülər və zəruri məlumatlar açıq informasiya resurslarında yerləşdirilir. İstənilən şəxs sistemə girərək bütün məlumatlarla tanış ola bilər. Bəzən də aktivlərin yararsız olması doğru olmayan baxım, istifadə qaydalarına riayət edilməsi müəyyən fəsadlara gətirib çıxara bilər. Məsələ yanaşmaya gəldikdə ümumi proqrama xələl gətirən səbəb deyil", – Agentliyin sədri qeyd edib.
#Dövlət Məşğulluq Agentliyi teqi istifadə olunub
- Özünüməşğulluq proqramı üzrə ilk: azad edilən ərazilərdə təsərrüfat fəaliyyətinin inkişafı - Baku TV
- Cəbrayıldakı təsərrüfatlara mediatur | Neçə nəfər məşğulluq tədbirlərinə cəlb olunub? - Baku TV
- 11 istiqamət üzrə karyera imkanları gənclərə təqdim olunub - Baku TV
- "Bəzi işəgötürənlər xərcləri də qarşılayır" | Layihədə iştirak proseduru necədir? - Baku TV
- Layihədə iştirak proseduru necədir?
