Pleyeri seçin:
Məşhur restoranın fəaliyyəti dayandırıldı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda məşhur restoranın fəaliyyəti dayandırılıb.
Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Səbail rayonu, Qoqol küçəsi, 3A ünvanında yerləşən “Təndir-Məndir” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların olduğunu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığını müəyyən edib.
Obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəyi müəyyən olunub.
Qeyd olunanları nəzərə alınaraq, həmin restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.
Kopyalandı
#FHN teqi istifadə olunub
