Messi və komanda yoldaşlarının fanatları ilə görüşündə diqqətçəkən məqam
Yeniliklərdən dərhal xəbərdar olun
Bildiyiniz kimi, dekabrın 11-i Azərbaycanda böyük futbol bayramı kimi yadda qalıb.
Belə ki, canlı futbol əfsanəsi Lionel Messi və dünya ulduzları – Luis Suarez, Serxio Buskets və Xordi Alba azərbaycanlı fanatları ilə görüşüblər.
Bakı Kristal Zalında təşkil olunan tədbirdə futbol azarkeşləri unudulmaz anlar yaşayıblar.
Minlərlə fanatın qatıldığı tədbirdə dünyaca məşhur futbolçularla birgə Neftçi Peşəkar Futbol Klubunun kapitanı, eyni zamanda Azərbaycan millisinin əsas qapıçısı və ən gənc futbolçusu Rza Cəfərovun Bakıdakı uşaq evlərinin sakinləri, sağlamlıq imkanları məhdud uşaqlar və şəhid övladları ilə görüşü xüsusilə yaddaqalan olub.
Qeyd edək ki, tədbirdə bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədilə istifadə olunacaq.
#Lionel Messi teqi istifadə olunub
- Messi millidəki vida matçına damğasını vurdu | UEFA Millətlər Liqasında nələr yaşandı? - Baku TV
- “Elite Polo Club” “Sea Breeze 2026” beynəlxalq turnirinin qalibi oldu
- Messi son qərarını verdi | Ulduz futbolçu əməliyyat olundu | Yeni idman xəbərləri - Baku TV
- Trampdan FIFA-ya xəbərdarlıq: "Böyük səhvdir!" | Yeni idman xəbərləri - Baku TV
- Lionel Messinin atası dünyasını dəyişib - Baku TV
