Metronun bu stansiyasında sıxlıq yarandı | Hadisə ilə bağlı rəsmi açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Dərnəgül” – “Həzi Aslanov” metro stansiyaları istiqamətində vaqonun qapısında yaranmış nasazlıq səbəbindən dörd dəqiqəlik yubanma yaranıb.
Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
“Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “Elmlər Akademiyası” stansiyasında ikən sonuncu vaqonun qapısında nasazlıq ehtimalı olub və bu səbəbdən maşinist qapıya baxış keçirib. Lakin Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülüb, qatar elektrik deposuna yola salınıb. Əvəzində ehtiyat qatarı verilib, bunun nəticəsində xətdə iki qatar arasında intervaldan əlavə olaraq dörd dəqiqə yubanma yaranıb”, – o qeyd edib.
#Bakı Metropoliteni teqi istifadə olunub
- Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR
- Metronun bu stansiyasında daha hansı işlər görülüb? - “Məkik hərəkət ləğv ediləcək” - Baku TV
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Yeni nəqliyyat layihəsi şəhərdə gediş-gəlişi necə dəyişəcək? - ANA XƏBƏR
- Paytaxtda yeni nəqliyyat layihəsi | Kanatla sərnişindaşıma tıxacları azalda bilər? - Baku TV
