Məzun olanların diqqətinə! | MÜTDA-dan yayılan xəbərlərlə bağlı təcili açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 222 nəfər şagird məzun olacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb.
Belə ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına iyunun 14-20-si, ümumi orta təhsil haqqında attestatların isə iyunun 23-28-i aralığında təqdim edilməsi planlaşdırılır:
"Məzunlar həmin tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər. Təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz".
#Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) teqi istifadə olunub
- Birinci sinfə elektron qəbul bu tarixdə yenidən aktivləşəcək - Baku TV
- 12 minə yaxın tərbiyəçi-müəllimin bilik və bacarıqları qiymətləndirilib - Baku TV
- Beş min namizəd vakansiya seçimində uğur qazandı - Baku TV
- Maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır
- “Əgər müəssisənin təhsil haqqı çox yüksəkdirsə...” | Özəl bağçalarla bağlı açıqlama - Baku TV
