Pleyeri seçin:

Mikoyanla birgə Bakıya gələn, Beriyanın öldürtdüyü, ÇEKA-nın ilk rəhbəri Baba Əliyev | ARAŞDIRMA

17 avqust 2024 286 baxış

Baba Əliyoldaş oğlu Əliyev 1877-ci ildə Mərdəkanda kasıb bir ailədə anadan olub.

Cəmi üç il mədrəsədə təhsil aldıqdan sonra Bakının neft mədənlərində çalışmağa başlayıb.

Baba Əliyevin sol əli altıbarmaqlı olduğundan onun ləqəbi “Altıbarmaq Baba” idi. Kənd əhalisi arasında onun bir vaxtlar qoçuluq etdiyi barəsində söhbətlər var. Ona verilən “Altıbarmaq” ləqəbinin məhz bu dövrdən qaldığı deyilir.

Yazıçı Manaf Süleymanov “Son bahara çatdıq” əsərində onun haqqında yazırdı:

“Azərbaycanda ÇEKA-nın ilk sədri “Altıbarmaq Baba” təyin edilmişdi. Vur-tut, üç-dörd illik təhsili var idi. Rəhmsiz olduğunu çoxları bilirdi. Azarkeş qumarbaz idi...”

Baba Əliyev 1918-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması üçün mübarizəyə qoşulur və digər azərbaycanlı bolşeviklərlə Həştərxana gedir. Burada “Hümmət” təşkilatının yerli bürosuna sədr seçilir.

1920-ci ilin aprelində Anastas Mikoyanla birlikdə XI ordunun önündə Bakıya gələn B.Əliyev Bakıda bolşeviklərin hakimiyyətinin möhkəmlənməsinə yaxından köməklik edir. Məhz buna görə də hökumət onu 1920-ci ilin iyun ayında Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri təyin edir.

1920-ci ilin 15 oktyabrında B.Əliyev sədr vəzifəsindən azad edilərək birinci müavin vəzifəsinə təyin edilir.

1937-ci ildə həbs edilənə kimi o, müxtəlif illərdə İnqilab Tribunasının sədri, Yol-İnşaat Komitəsinin və Azərbaycan Aypara Cəmiyyəti Mərkəzi Komitəsinin sədri vəzifələrində işləyib. Baba Əliyevin ölümü haqqında hələ də müxtəlif versiyalar səslənir. Onun ölümündə Mircəfər Bağırovun və Beriyanın əlinin olması da səslənən versiyalar arasındadır.

Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 286 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 286 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 286 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 286 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 286 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 286 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 286 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 286 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 286 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 286 baxış
Seçilmişlər
icon