Min bir dərdə dərman olan içki | Faydaları saymaqla bitməz
Yeniliklərdən dərhal xəbərdar olun
Şalğam suyu xüsusilə Türkiyədə məşhur olan və əsasən qara turp, kök, su, duz və bulğurla hazırlanan sağlamlıq üçün faydalı bir içkidir.
Tərkibi A, B, C və K vitaminləri, dəmir, kalsium, kalium və antioksidantlarla zəngindir. Onun probiotik təsiri var, bağırsaq florasını tənzimləyir, qəbizliyin qarşısını alır və həzmi asanlaşdırır.
C vitamini tərkibi ilə qrip və soyuqdəyməyə qarşı müqaviməti artıran şalğam suyu sümük və diş sağlamlığı üçün də faydalıdır. O, xolesterolu tarazlayır, pis xolesterolu azaldaraq damar tıxanıqlığının qarşısını alır. Bundan əlavə, qan dövranını yaxşılaşdırır, ürək-damar xəstəliklərindən qoruyur.
Bir sözlə, şalğam suyu həzmi asanlaşdıran, immuniteti gücləndirən və sağlamlığa çoxsaylı faydalar verən təbii bir içkidir.
Şalğam suyu seçərkən, onun təbii olmasına diqqət edin. Tərkibində qatqı maddələri olan şalğam suyunun üzərində göstərilən istifadə müddəti də çox olur. Təbii şalğam suyunda isə bu müddət adətən 4 ayı keçmir.
