Mingəçevir 20 nömrəli məktəbdə işıq və istilik problemi | Kombi var, amma işləmir
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir şəhərində yerləşən 20 saylı tam orta məktəb yararsız vəziyyətdədir. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məktəbin müəllimlərindən birinin telefonla çəkərək paylaşdığı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məlumata görə, üçmərtəbli məktəb binası təxminən 10-15 il əvvəl inşa edilib. Burada müasir istilik sistemi quraşdırılsa da, ancaq müəllim və şagirdlər hələ də istilikdən normal qaydada yararlana bilməyiblər. Havalar soyuyan kimi isə əlacsızlıqdan sinif otaqlarında elektrik qızdırıcıları qoyulur.
20 nömrəli orta məktəb şəhərin Günəşli yaşayış massivində yerləşir. Təhsil ocağında 500-dən artıq şagird iki növbəli olaraq təhsil alır.
Valideynlərin sözlərinə görə, məktəbdə istilik problemi ötən il də mövcud olub. “3 uşağım burada oxuyur. Nəmişlik iyindən sinfə girmək olmur. Uşaqlar sinifdə kurtka ilə otursalar da, üşüyürlər”, – deyə valideyn qeyd edib.
#Mingəçevir teqi istifadə olunub
- Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV
- Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI
- “Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV
- Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
