Pleyeri seçin:

Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV

20 oktyabr 2026 5 baxış

“AzərEnerji” ASC və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə 20 oktyabr – Energetiklər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirin Mingəçevirdə keçirilməsi xüsusi rəmzi məna daşıyıb. Azərbaycanın energetiklər şəhəri kimi tanınan Mingəçevir uzun illərdir ölkənin elektroenergetika sisteminin əsas mərkəzlərindən biridir.

Tədbir çərçivəsində Azərbaycan energetikasının keçdiyi inkişaf yolu, son illərdə “AzərEnerji” ASC tərəfindən həyata keçirilən genişmiqyaslı layihələr və enerji sisteminin gələcək inkişaf istiqamətləri barədə məlumat verilib.

Bildirilib ki, son illərdə ölkənin elektroenergetika sistemində böyük həcmdə yenidənqurma və modernləşdirmə işləri həyata keçirilib. Azərbaycanın energetika tarixində xüsusi yeri olan “Azərbaycan” İstilik Elektrik Stansiyasının 45 illiyinin tamam olduğu qeyd edilib. Eyni zamanda Mingəçevirdə yaradılan müasir “8 Noyabr” Elektrik Stansiyasının ölkənin generasiya imkanlarının artırılması, enerji sisteminin etibarlılığının və dayanıqlılığının gücləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin elektroenergetika sahəsində gördüyü işlərə həsr olunan “Müstəqil energetikanın banisi” adlı film nümayiş olunub. Həmçinin “Azərbaycan enerjisisteminin arxitekturası” kitabının təqdimatı keçirilib.

Tədbirin sonunda energetika sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti ilə fərqlənən əməkdaşlar fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar. Gənc nəslin energetika sahəsinə marağının artırılması məqsədilə tələbələr də mükafatlandırılıb.

Banner
Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”

Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”

Cəmiyyət
20 oktyabr 2026 5 baxış
"Alfa Woman Academy"dən iddialara münasibət - Baku TV

"Alfa Woman Academy"dən iddialara münasibət - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 5 baxış
"Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV

"Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 5 baxış
"Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”

"Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”

Cəmiyyət
20 oktyabr 2026 5 baxış
Tbilisidə meyiti tapılan Aysunun ailəsi ədalət tələb edir - Baku TV CANLI

Tbilisidə meyiti tapılan Aysunun ailəsi ədalət tələb edir - Baku TV CANLI

Cəmiyyət
20 oktyabr 2026 5 baxış
Minimum əməkhaqqının artırılması kimlərin maaşına təsir edəcək? - Baku TV

Minimum əməkhaqqının artırılması kimlərin maaşına təsir edəcək? - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 5 baxış
Əhalinin nəzərinə | Hava şəraiti sizi necə heyrətə gətirəcək? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hava şəraiti sizi necə heyrətə gətirəcək? - Baku TV CANLI

Cəmiyyət
20 oktyabr 2026 5 baxış
"4 il məcbur qaldım ki..." | Evsiz və işsiz kimsəsizlər üçün hansı imkanlar yaradılır? - Baku TV

"4 il məcbur qaldım ki..." | Evsiz və işsiz kimsəsizlər üçün hansı imkanlar yaradılır? - Baku TV

Cəmiyyət
20 oktyabr 2026 5 baxış
“Leonardo Art School” və “MiniBoss Business School” birgə təhsil proqramına başladı

“Leonardo Art School” və “MiniBoss Business School” birgə təhsil proqramına başladı

Cəmiyyət
20 oktyabr 2026 5 baxış
6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi

6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi

Cəmiyyət
20 oktyabr 2026 5 baxış
Seçilmişlər
icon