MN-dən ermənilərin mövqelərimizə hücumu barədə təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Cağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Qeyd edək ki, ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
