Müdafiə Nazirliyi gənc çağırışçılar barədə məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun təlim hərbi hissələrinə yeni qəbul olunan gənc əsgərlərə daim qayğı göstərilir, onların adaptasiya prosesinə həssaslıqla yanaşılır və hazırlığına xüsusi diqqət yetirilir.
Proqrama əsasən, çağırışçılarla sıra və fiziki hazırlıq üzrə dərslər, eləcə də döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, məşğələlər zamanı onlara nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, həmçinin sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri öyrədilir.
"Gənc əsgərlərin sağlamlığı və qidalanması da daim diqqət mərkəzində saxlanılır. Şəxsi heyətin sağlam və yüksək kalorili qidalarla təmin olunması məqsədilə əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla bütün zəruri tədbirlər həyata keçirilib”, – deyə məlumatda vurğulanıb.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
