Pleyeri seçin:

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib | Təxribatlarla bağlı göstərişlər verildi

05 aprel 2025 592 baxış

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən bildirilib ki, videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli Müdafiə Universitetinin və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər qarşı tərəfin bölmələrimizi mütəmadi olaraq atəşə tutması, mövqelərimiz üzərində PUA və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib.

Nazir Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.

Qoşunların döyüş imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayan nazir müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən hərbi təlimlərin intensivliyinin qorunub saxlanılmasını və texnoloji yeniliklərin tətbiqi ilə keyfiyyətinin daim artırılmasını tapşırıb. Müasir informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərlə bağlı göstərişlər verib.

Şəxsi heyətin sosial, məişət şəraitinin yaxşılaşdırılması, mənəvi-psixoloji hazırlığı, xüsusilə kəskin relyefli ərazilərdə dislokasiya olunan bölmələrin maddi-texniki təminatı, keyfiyyətli qidalanmasının təşkili, həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsi barədə tələblər bir daha komandir heyətinə çatdırılıb.

Müddətli həqiqi hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin fərdi və psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması, eləcə də sağlamlıqlarının diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verilib.

Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 592 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 592 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 592 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 592 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 592 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 592 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 592 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 592 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 592 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 592 baxış
Seçilmişlər
icon