Müəllimlərin maaşları artırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumtəhsil müəssisisələrində çalışan şəxslərin maaşları artırılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü ilin fevralın 1-dən orta hesabla 10 faiz artırılır.
Ölkə başçısının imzaladığı digər sərəncama əsasən, peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları da fevralın 1-dən orta hesabla 10 faiz artırılacaq.
#Müəllimlərin maaşı teqi istifadə olunub
- "Müəllimlərin maaş artımı ilə bağlı problem odur ki..." | Nazir açıqlama verdi - Baku TV
- Sertifikasiyadan keçmiş müəllimlərin maaşlarına əlavələr niyə ödənməyib?
- Yeni sistemin Azərbaycan məktəblərinə gətirilməsi üzərində işlənilir
- Müəllimlərin müsahibə nəticəsinə görə dəyərləndirilməsi aparılacaq
- Peşə təhsili barədə vacib yeniliklər | Direktor təfərrüatları açıqladı
